“Benfika”nın yeni baş məşqçisi müəyyənləşib | |
Portuqaliyanın “Benfika” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Bu vəzifəyə Rocer Şmidt təyin olunub. Alman mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb. Şmidtin son iş yeri 2021/2022-ci il mövsümündə Niderland çempionatının gümüş medalını qazandığı PSV olub. Xatırladaq ki, “Benfika” Portuqaliya Liqasında çempion “Portu”dan 17 xal geri qalaraq 3-cü yeri tutub. |
|
Xəbər 445 dəfə oxundu. |
|
|