Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri davam edir | |
Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri davam edir. Tədbir çərçivəsində quraşdırma işləri ilə əlaqədar mayın 16-da saat 23:00-dan etibarən Üzeyir Hacıbəyov prospekti - Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov - Azadlıq prospektlərinin hərəkəti istiqamətində avtomobil yolu daralıb. Qeyd olunan saatdan etibarən Neftçilər prospekti ilə Rəsul Rza küçələrinin kəsişməsindən Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsinə qədər, yolun orta hissəsində kiçik qazma işləri aparılacaq. Qazma işləri on gün ərzində davam edəcək. Nəqliyyatın hərəkətində heç bir məhdudiyyət olmayacaq. |
|
Xəbər 613 dəfə oxundu. |
|
|