“Qarabağ” klubu cari mövsüm 100-cü qolunu vurub | |
“Qarabağ” klubu 2021/2022-ci il mövsümündə ümumilikdə 100-cü qolunu vurub. Yubiley topuna Musa Qurbanlı imza atıb. O, Premyer Liqanın XXVII turunun “Səbail”lə səfər qarşılaşmasında (3:0) komandasının ikinci qolunun müəllifi olub. Qurban Qurbanovun yetirmələri 100-cü qolunu 45-ci matçda vurub. Qol sayını 101-ə çatdıran Ağdam klubu Premyer Liqada 68, ölkə kubokunda 15, Konfrans Liqasında 18 dəfə fərqlənib. |
|
Xəbər 404 dəfə oxundu. |
|
|