“Şamaxı” klubu doğma meydanda 70-ci dəfə məğlub olub | |
Azərbaycan Premyer Liqasının XXVII turunda “Qəbələ”yə 0:1 hesabı ilə uduzan “Şamaxı” evdə 70-ci məğlubiyyətini alıb. Bölgə təmsilçisi öz meydanındakı 311-ci matçında bu uğursuzluğu yaşayıb. Evvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında çıxış edən Şamaxının eyniadlı təmsilçisi ölkə çempionatları çərçivəsində öz meydanında 70 və daha çox matçda uduzan dördüncü komandadır. Antirekord “Turan”a məxsusdur – 78 məğlubiyyət. MOİK 77, “Bakı” 73 dəfə evdə xalsız qalıb. |
|
Xəbər 451 dəfə oxundu. |
|
|