“Qarabağ” klubu Azərbaycan Premyer Liqasında XXI əsrin rekorduna imza atıb | |
“Qarabağ” futbol klubu Azərbaycan Premyer Liqasında XXI əsrin rekorduna imza atıb. Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri XXVII tur oyununda nail olub. Ağdam təmsilçisi yerli çempionatda vurduğu qolların sayını 68-ə çatdırıb. Bunadək “Xəzər-Lənkəran” 2004/2005-ci, “Qarabağ” 2013/2014-cü və 2015/2016-cı il mövsümlərində 66 qol vurmuşdu. Ağdam klubu bu göstəricini iki top üstələyib. |
|
Xəbər 323 dəfə oxundu. |
|
|