Azərbaycan millisi ilə oyun öncəsi Qazaxıstan daha bir itki ilə üzləşib | |
Qazaxıstanın “Turan” futbol klubunun kapitanı Azat Nurqaliyev zədələnib. Bu səbəbdən yarımmüdafiəçi Qazaxıstan millisinin Azərbaycanla Millətlər Liqasının oyununu buraxmalı olacaq. O, dizindən aldığı zədə səbəbindən uzun müddət kollektivdən ayrı qalacaq. Otuz beş yaşlı oyunçunun hətta mövsümü başa vurmaq riski də var. A.Nurqaliyevin Millətlər Liqasının ilk oyunlarında iştirak etməyəcəyi dəqiqləşib. Qazaxıstan C Liqasının üçüncü qrupundakı ilk oyununu iyunun 3-də “Astana Arena”da Azərbaycan millisinə qarşı keçirəcək. Qazaxıstan millisinin müdafiəçisi Nurlan Dairov da zədə ucbatından millimizlə oyunu buraxacaq. |
|
Xəbər 423 dəfə oxundu. |
|
|