Daha bir azərbaycanlı futbolçu karyerasını Türkiyədə davam etdirə bilər
Daha bir azərbaycanlı futbolçu karyerasını Türkiyədə davam etdirə bilər.

Millimizin üzvü Amin Seydiyevlə Super Liqa təmsilçisi “Hatayspor” yaxından maraqlanır.

Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan futbolçu 2020-ci ildə “Sabah”a keçib. O, bu mövsüm “Sabah”ın heyətində 28 matçda meydana çıxıb. Müdafiəçi bu görüşlərdə 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xəbər 535 dəfə oxundu.