“Yaunde–2025” İslam Həmrəyliyi Oyunlarının təftiş komissiyasının sədrinin Kameruna səfəri davam edir
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, “Yaunde–2025” İslam Həmrəyliyi Oyunlarının təftiş komissiyasının sədri Çingiz Hüseynzadənin Kameruna səfəri davam edir.

Çingiz Hüseynzadə Kamerunun baş naziri Josef Nguterə ilə görüşüb. Görüş zamanı ölkənin beynəlxalq idman tədbirinə hazırlıq prosesi müzakirə olunub.

Baş nazir İslam Həmrəylik Oyunlarının Kamerunda keçirilməsinin ölkəsi üçün əhəmiyyətli olduğunu vurğulayıb. Bildirilib ki, bunun üçün Yaunde şəhərində idman və qonaqlama infrastrukturu yenilənir, təmir və bərpa olunur.

Qeyd edək ki, 2025-ci ildə VI İslam Həmrəyliyi Oyunlarına Kamerunun ev sahibliyi etməsi planlaşdırılır. Məhz bununla əlaqədar olaraq “Yaunde–2025” İslam Həmrəyliyi Təftiş Komissiyası ölkədə beynəlxalq idman tədbirinə hazırlıq prosesini araşdırır.

Xəbər 463 dəfə oxundu.