Rio-2016-ya cəmi 4 il qalır: Seçim
Oyunların vətəni 2009-cu il oktyabrın 2-də BOK-un 121-ci sessiyasında (həm də BOK-un 13-cü konqresi keçirilib) seçildi. İdman.com.az saytının məlumatına görə, braziliyalılar şəhərin namizədliyini rəsmən 2007-ci il mayın 16-da irəli sürmüşdülər. O vaxt bu yürüşə ilk dəfə Bakı da qoşulmuşdu. Ölkəmizin seçki mübarizəsində böyük təcrübə əldə etdiyi ilkin seçim mərhələsində - 2008-ci il yanvarın 14-də BOK-un 25-suallıq tələbləri namizədlərə təqdim edildi.

Həmin il iyunun 4-də 4 şəhərin - Çikaqo, Madrid, Tokio və Rio de Janeyronun namizədliyi təsdiqləndi. Doha, Praqa və Bakının namizədliyi isə qəbul edilmədi. Moskva, qış olimpiadası Soçiyə verildiyindən, namizədliyini geri götürdü.
Kopenhagendə keçirilən BOK-un 121-ci sessiyasında əsas mübarizənin Çikaqo və Rio arasında gedəcəyi düşünülürdü. Lakin rəqabət Madrdlə Rio arasında oldu. Birinci mərhələdən sonra Madridin üstünlüyü güman edilsə də, ikinci səsvermədən sonra yeganə Amerika təmsilçisi kimi qalan Braziliya şəhəri qələbə çaldı.

Xəbər 1287 dəfə oxundu.