Azərbaycan millisinin Niderland, Kosovo və Slovakiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb | |
![]() Baş məşqçi Eldar Əliyev Avropa çempionatının seçmə mərhələsi üçün oyunlara 16 oyunçu çağırıb. Onlar əsasən Azərbaycan çempionatında uğur qazanan voleybolçulardır. Heyətdə toppaylayıcılar - Amirmehdi Ablou, Roman Qurski, Mirəşrəf Rzazadə, Uğur İbrahimov, hücumçular - Ruslan Əliyev, Mais Verdizadə, Rəşad Əliyev, Farzin Cafari Nazloo, Yusif Bünyatov, Kənan Həsənli, blokçular - Emil Aşumov, Aslan Həmidov, Mərdan Məmmədov, Yeqor Nikulenko və liberolar - Ferhat Jenkel və Emin Əmirxanlı yer alıblar. Qeyd edək ki, millimiz seçmə mərhələdə Niderland, Kosovo və Slovakiya ilə E qrupunda mübarizə aparacaq. |
|
Xəbər 457 dəfə oxundu. |
|
|