Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinin ilk yarış günündə altı çəki dərəcəsində qaliblər müəyyənləşəcək | |
Bu gün Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində kiçik yaşlı yeniyetmə (U-15) cüdoçular arasında Azərbaycan birinciliyi başlayıb. Gənclər və İdman Nazirliyinin və ACF-nin birgə təşkilatçılığı ilə keçirilən yarışın birinci günündə oğlanlar arasında 34, 46, 52, 60, qızların turnirində isə 28 və 40 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Yarışın təşkilində əsas məqsəd yeniyetmələr və gənclər arasında cüdo idman növünə marağın artırılması, onun təbliği və yarışlarda ölkənin bütün regionlarının təmsil olunmasına nail olmaqdır. Üç gün davam edəcək birinciliyə Azərbaycanın müxtəlif regionlarından, klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 650-yə yaxın idmançı qatılıb. |
|
Xəbər 586 dəfə oxundu. |
|
|