"Bornmunt" klubu İngiltərə Premyer Liqasına vəsiqə qazanıb | |
Futbol üzrə İngiltərə Premyer Liqasına yüksələn ikinci komanda müəyyənləşib. “Bornmunt” Çempionşipin 33-cü turundan təxirə salınmış oyunda “Nottingem Forest”i 1:0 hesabı ilə məğlub etməklə elitaya yüksəlib. İkinci pillədə qərarlaşan Skott Parkerin komandası xallarının sayını 85-ə çatdırıb və sona 1 tur qalmış ən yaxın izləyicisi “Nottingem Forest” üçün əltaçmaz olub. Qeyd edək ki, İngiltərə Premyer Liqasına yüksələn ilk komanda tunir cədvəlinin lideri "Fulhem" olub. Digər komandanın adına pley-off matçlarından sonra aydınlıq gələcək. |
|
Xəbər 391 dəfə oxundu. |
|
|