Azərbaycan – İsveç matçının qəhrəmanının adı məlum olub | |
Kişi basketbolçular arasında Avro-2013-ün seçmə mərhələsində Azərbaycan – İsveç matçının qəhrəmanının adı məlum olub. Elxan Əliyevin 82:76 hesabı ilə qələbə qazandığı oyunun ən yaxşısı və bombardiri Orxan Aydın olub. Belə ki, gözəl oyunu ilə fərqlənən basketbolçumuz komandamıza 28 xal qazandırıb. Onunla yanaşı, Fuad Niftəliyev 17, Rasim Başak 13, Çarlz Devis 11, Zaur Paşayev 9 və Aleksandr Rındin 4 xal toplayıb. Rəqibin heyətində isə MBA-da çıxış edən Yonas Jerebko daha məhsuldar olub. O, 20 xala sevinib. Qeyd edək ki, Devis oynadığı matçlarda həmişə bombardir olsa da, bu dəfə zədə ona istədiyi oyunu nümayiş etdirməyə imkan verməyib. |
|
Xəbər 1128 dəfə oxundu. |
|
|