Azərbaycan üzgüçüsü Rəşad Alquliyev beynəlxalq turnirin finalına yüksəlib
Çexiyanın Ostrava şəhərində üzgüçülük üzrə beynəlxalq turnir davam edir.

Milli komandamızın üzvü Rəşad Alquliyev 200 metr məsafəyə qarışıq üsulla yarışın A finalına vəsiqə qazanıb.
Hazırda Azərbaycan yığmasının hesabında 3 medal var.

Qeyd edək ki, yarış bu il Macarıstanda, həmçinin 2023-cü ildə Yaponiyada keçiriləcək dünya çempionatlarına lisenziya xarakteri daşıyır. Turnirdə ölkəmizlə yanaşı, İsveçrə, Ukrayna, Rumıniya, Polşa, Macarıstan, Xorvatiya, Çexiya və Gürcüstandan idmançılar güclərini sınayırlar.

Xəbər 606 dəfə oxundu.