“Zenit” klubu ardıcıl dördüncü dəfə Rusiya çempionu olub | |
Sankt-Peterburqun “Zenit” futbol klubu Rusiya Premyer Liqasının 27-ci turu çərçivəsində “Lokomotiv Moskva”nı 3:1 hesabı ilə məğlub edib. Bu qələbədən sonra klub çempionluğunu rəsmiləşdirib. Xallarının sayını 61-ə çatdıran “Zenit” turnir cədvəlində yaxın izləyiciləri üçün əlçatmaz olub. Belə ki, turnir cədvəlində ikinci pillədə qərarlaşan “Dinamo”nun hesabında 52 xal var və çempionatın bitməsinə 3 tur qalıb. “Dinamo” xalları bərabərləşdirəcəyi təqdirdə, şəxsi oyunlara görə Sankt-Peterburq təmsilçisindən geri qalacaq. “Zenit” ardıcıl dördüncü, ümumilikdə isə səkkizinci dəfə Rusiya çempionu adını qazanıb. |
|
Xəbər 677 dəfə oxundu. |
|
|