Qadın şahmatçılarımızdan olimpiadada növbəti qələbə | |
İstanbulda keçirilən şahmat olimpiadasında bu gün VII turun oyunları baş tutub. İdman.com.az saytının məlumatına görə, 1 gün öncə xal itkisi ilə üzləşən Azərbaycanın hər 2 yığmasının heyətində dəyişiklik edilib. Kişilərdən ibarət millimizin kapitanı Vladimir Tukmakov Rusiya ilə matçda uduzan Eltac Səfərliyə (2620) istirahət verib. Ukraynalı olimpiya çempionu onu ikinci lövhədə Şəhriyar Məmmədyarovla əvəzləyib. Reytinqinə görə 6-cı pillədə olan Çinlə matçın taleyi isə sonuncu başa çatan dueldə müəyyənləşib. İlk 3 partiyadakı ümumi bərabərlikdən sonra Teymur Rəcəbov sonadək qələbə üçün mübarizə aparıb. Lakin o da sonda heç-heçə ilə kifayətlənib. Tukmakov kimi Fikrət Sideifzadə də VI tura yeganə məğlubiyyət acısı yaşayan Nərgiz Umudovanın (2208) adını qarşılaşacaqları Yunanıstan millisi ilə oyunun heyətinə daxil etməyib. Kapitan onun əvəzinə Türkan Məmmədyarovanı III lövhəyə qaytarıb. Bu dəyişiklik Yunanıstan üzərində qələbə ilə nəticələnib. 5 sentyabr VIII tur Kişilər ÇİN (2694) - AZƏRBAYCAN (2693) - 2:2 Van Hao (2726) - Teymur Rəcəbov (2788) – 0,5:0,5 Şəhriyar Məmmədyarov (2729) – Van Yue (2685) - 1:0 Dinq Liren (2695) – Rauf Məmmədov (2634) - 1:0 Qədir Hüseynov (2613) - Bu Syançji (2670) - 0,5:0,5 Qadınlar AZƏRBAYCAN (2266) - YUNANISTAN (2322) - 2,5:1,5 Zeynəb Məmmədyarova (2285) – Yelena Dembo (2457) - 0,5:0,5 Anna-Mariya Botsari (2336) - Gülnar Məmmədova (2324) - 0,5:0,5 Türkan Məmmədyarova (2245) – Marina Makropolu (2256) - 0,5:0,5 Yekaterina Faxiridu (2215) - Xəyalə İsgəndərova (2205) - 0:1 |
|
Xəbər 1362 dəfə oxundu. |
|
|