Azərbaycan üzgüçüləri Çexiyada beynəlxalq turnirdə mübarizəyə başlayırlar | |
Bu gün Azərbaycan üzgüçüləri Çexiyanın Ostrava şəhərində start götürəcək beynəlxalq turnirdə mübarizəyə başlayırlar. idmançılarımızdan Ramil Vəlizadə 100-200, Əbdürrəhman Rüstəmov 50-100-200 metr məsafələrə batterflay, Rəşad Alquliyev 100-200 metr məsafəyə arxası üstə, 200-400 metrə qarışıq, Məryəm Şeyxəlizadəxangah 50 metrə sərbəst, 50-100 metr məsafələrə batterflay üsulu ilə üzmə yarışlarında güclərini sınayacaqlar. Yığmamızın baş məşqçısı Rəşad Əbdürrəhmanovun sözlərinə görə, turnirə çox sayda tanınmış üzgüçü qatılıb. Məşqçilər korpusunun idmançılarımızın yaxşı nəticələr göstərəcəklərinə ümidləri böyükdür. Qeyd edək ki, yarış bu il Budapeştdə, həmçinin 2023-cü ildə Fukaukada keçiriləcək dünya çempionatlarına lisenziya xarakteri daşıyır. Turnirdə ölkəmizlə yanaşı, İsveçrə, Ukrayna, Rumıniya, Polşa, Macarıstan, Xorvatiya, Cexiya və Gürcüstandan idmançılar güclərini sınayırlar. |
|
Xəbər 523 dəfə oxundu. |
|
|