Şahmatçımız Vasif Durarbəyli “Kapablanka memorialı”nda ikinci yeri tutub | |
Kubanın paytaxtı Havanada 55-ci dəfə təşkil edilən şahmat üzrə ənənəvi “Kapablanka memorialı” başa çatıb. Yarışın əsas turnirində iştirak edən qrosmeysterimiz Vasif Durarbəyli uğurla çıxış edərək ikinci yeri tutub. Şahmatçımızın 9-cu turda hindistanlı Surya Şexar Ganguli üzərində qələbəsi həlledici rol oynayıb. Belə ki, son turdan əvvəl 4-cü sırada olan V.Durarbəyli aktivinə 1 xal əlavə etməklə xalların sayını 4-ə çatdırıb və ikinci pilləyə yüksəlib. Turnirin qalibi 5 xalla ABŞ təmsilçisi Hans Moke Niemann olub. Qeyd edək ki, yarışda Kuba və Azərbaycanla yanaşı, ABŞ, Argentina, Hindistan və Türkiyədən 10 şahmatçı iştirak edib. |
|
Xəbər 257 dəfə oxundu. |
|
|