UEFA Konfrans Liqası: "Marsel" səfərdə "Feyenoord"a məğlub olub | |
Aprelin 29-da UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilib. Turnirin pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırmış Fransanın "Marsel" klubu Niderlandda "Feyenoord" komandası ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 18-ci dəqiqədə Amsterdam təmsilçisindən Siril Dessers açıb. Matçın 20-ci dəqiqəsində Luis Sinisterra fərqi 2 topa çatdırıb. Səkkiz dəqiqə sonra qonaqlardan Bamba Dyenq buraxılan qollardan birinin əvəzini çıxıb. Matçın 40-cı dəqiqəsində Jerson Santos hesabı bərabərləşdirib. Qarşılaşmanın 46-cı dəqiqəsində fərqlənən Dessers özünün 2-ci, komandasının isə qələbə qolunu vurub. Gecənin digər matçında İtaliya "Roma"sı İngiltərədə "Lester"in qonağı olub. Qarşılaşmada qalib müəyyənləşməyib. "Canavarlar"ın heyətində Lorentso Pelleqrininin 15-ci dəqiqədə vurduğu qola "tülkülər" 67-ci dəqiqədə Ademalo Lukmanla cavab veriblər. |
|
Xəbər 314 dəfə oxundu. |
|
|