Mahir Məmmədov: FIDE rəhbər heyətinin iclasında mühüm məsələlər müzakirə edildi
Bu gün Əbu-Dabidə FIDE rəhbər heyətinin iclası keçirilib.

Ali şahmat qurumunun rəhbər heyəti Madrid şəhərində keçiriləcək İddiaçılar Turnirinin püşkatma mərasimini təşkil ed


FIDE rəhbər heyətinin iclasında iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov fikirlərini qurumun mətbuat xidməti ilə bölüşüb: “FIDE rəhbər heyətinin iclasında mühüm məsələlər müzakirə edildi. Ali şahmat qurumu tərəfindən FIDE-nin vitse-prezidenti Anastasiya Sorokina Madrid şəhərinin ev sahibliyi edəcəyi İddiaçılar Turnirinin təşkilatçılığına məsul şəxs kimi təsdiqləndi. Püşk mərasimində ölkələri FIDE-də çalışan müxtəlif rəsmi şəxslər təmsil etdi. Məsələn FIDE-nin vitse-prezidenti Başar Kouatli turnirdə Fransanı təmsil edəcək Alireza Firuzcanın püşkdəki sıra nömrəsini müəyyənləşdirdi. Püşkə əsasən şahmatçımız Teymur Rəcəbəv ilk turda ağ fuqurlarla Alireza Firuzcaya qarşı çıxış edəcək. Artıq turnirin təqvimi məlumdur. Püşkün əhəmiyyəti odur ki, şahmatçının turlardakı rəqiblərini və hansı rəngdə fiqurlarla çıxış edəcəyini dəqiqləşdirir. İştirakçının hazırlıq prosesi üçün bu çox vacibdir. Rənglərin ardıcıllığı şahmatçıya görə çox önəmlidir”.

Mahir Məmmədov Azərbaycan Şahmat Federasiyasının İddiaçılar Turnirində çıxış edəcək Teymur Rəcəbovun hazırlıq prosesini nəzarətdə saxladığını bildirib: “Teymur Rəcəbov təcrübəli şahmatçıdır. Bu onun karyerasında ilk deyil, üçüncü İddiaçılar Turniri olacaq. Rəcəbov hazırlıq prosesində hər bir məqamı nəzərə almalıdır və fikrimizcə bunu edir. Federasiya tərəfindən onun hazırlığı üçün lazımi kömək göstərilib. Mütəmadi olaraq onunla ünsiyyətdəyik, hazırlıq prosesini izləyirik”.

Xəbər 597 dəfə oxundu.