Sabah cüdo üzrə Avropa çempionatı start götürəcək | |
Sabah Bolqarıstanın Sofiya şəhərində Avropa çempionatı start götürəcək. Qıtə yarışında Azərbaycanı 11 idmançı təmsil edəcək. Kişilər arasında Balabəy Ağayev, Əhməd Yusifov (60 kq), İbrahim Əliyev, Yaşar Nəcəfov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar. Qadınların turnirində isə Şəfəq Həmidova və Ramilə Əliyeva (48 kq) yarışacaqlar. Mayın 1-dək davam edəcək yarışa 40 ölkədən 300-dən çox idmançı qatılacaq. |
|
Xəbər 314 dəfə oxundu. |
|
|