“Neftçi” Yusuf Lavala 1 milyon dollar qiymət qoyub | |
“Neftçi” mövsümün sonunda klubdan ayrılacağı gözlənilən Yusuf Lavala 1 milyon dollar qiymət qoyub. Bu barədə futbolçunun agenti məlumat verib. Onun sözlərinə görə, nigeriyalı yarımmüdafiəçiyə İspaniya, Almaniya və ərəb klublarından ciddi təkliflər gəlib. Bakı klubu ilə 2+1 sistemli müqaviləsi olan futbolçu mövsümün sonunu gözləyir. Əgər “Neftçi” rəhbərliyi Lavalla müqaviləni uzatmasa, o zaman yarımmüdafiəçi əsasən Almaniya və İspaniyadan olan təklifləri nəzərdən keçirəcək. |
|
Xəbər 285 dəfə oxundu. |
|
|