Cüdo üzrə Qazaxıstanın milli komandası Bakıda Azərbaycan yığması ilə birgə təlim-məşq toplanışına başlayıb
Qazaxıstanın cüdo üzrə milli komandası Bakıda Azərbaycan millisi ilə birgə təlim-məşq toplanışına başlayıb.

Hazırlığa Qazaxıstan yığma komandasının gənclərdən və böyüklərdən ibarət yığma komandasının heyətinə 29 cüdoçu qatılıb. Təlim-məşq toplanışının təşkilində əsas məqsəd idmançıların beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və yarış təcrübələrinin daha da gücləndirilməsidir.

Qeyd edək ki, hazırlıq aprelin 22-dək davam edəcək.

Xəbər 330 dəfə oxundu.