Millimiz “Beşikdaş”ı üstələyib | |
Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. İdman.com.az saytının məlumatına görə, Türkiyədə təlim-məşq toplanışının son mərhələsini keçən Faiq Qarayevin komandası “Beşikdaş”la qarşılaşıb. Oyun komandamızın üstünlüyü şəraitində keçib və yığmamız “Azərreyl”in sabiq baş məşqçisi Adnan Kistakın çalışdırdığı “qara qartallar”a 3:0 hesabı ilə qalib gəliblər. Qeyd edək ki, voleybolçularımız II təsnifat mərhələsinin I dövrəsinin keçiriləcəyi Finlandiyaya Türkiyədən yollanacaqlar. |
|
Xəbər 1079 dəfə oxundu. |
|
|