Sumqayıtda “Coca-Cola məktəbli kuboku” yarışına yekun vurulub | |
AFFA tərəfindən təşkil olunan “Coca-Cola məktəbli kuboku” yarışının Sumqayıt şəhəri üzrə final oyunu keçirilib. Azsport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, final qarşılaşmasında 24 nömrəli tam orta məktəbinin komandası ilə 28 nömrəli tam orta məktəbin kollektivi qarşılaşıb. Rəqibini 10:3 hesabı ilə məğlub edən 28 nömrəli tam orta məktəbin komandası zonanın qalibi olub. |
|
Xəbər 2550 dəfə oxundu. |
|
|