Bu il kişi voleybolçular arasında keçiriləcək dünya çempionatının yeri müəyyənləşib | |
Bu il kişi voleybolçular arasında keçiriləcək dünya çempionatının yeri müəyyənləşib. Bunu Polşanın Baş naziri Mateuş Moravetski açıqlayıb. O bildirib ki, Rusiyadan alınan mundial iki ölkəyə verilib. Çempionata Polşa və Sloveniya ev sahibliyi edəcək. Yarışın keçirilmə tarixi dəqiqləşməyib. Qeyd edək ki, turnir avqustun 26-dan sentyabrın 11-dək Rusiyanın 10 şəhərində keçirilməli idi. Lakin Ukraynadakı hərbi vəziyyət üzündən çempionat Rusiyadan alınıb. |
|
Xəbər 322 dəfə oxundu. |
|
|