İngiltərə Premyer Liqası: “Liverpul” öz meydanında “Everton”u məğlub edib | |
Aprelin 24-də futbol üzrə İngiltərə Premyer Liqasının 34-cü turun növbəti oyunları keçirilib. Cempionluğa iddialı "Liverpul" klubu öz meydanında “Everton” komandasını qəbul edib. “Enfild” stadionunda baş tutan görə meydan sahiblərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Mersessayd təmsilçisinin heyətində Endrü Robertson (62) və Divok Origi (85) fərqləniblər. Bu qələbə sayəsində “Liverpul” xal etiyatını 79-a çatdıraraq ikinci pillədəki yerin qoruyub. Bir xal az toplayan “Mançester Siti” birinci yerdədir. “Everton” isə 29 xalla 18-ci yerdə qərarlaşıb. Günün digər görüşündə “Çelsi” komandası öz meydanında cari mövsüm yaxşı oyun sərgiləyən “Vest Ham Yuneyted” komandasını qəbul edib. Gərgin keçən görüşdə meydan sahibləri minimal hesabla (1:0) qələbə qazanıb. Oyunda yeganə qolu son dəqqiqədə Kristian Pulişiç vurub. “Çelsi” 65 xalla üçüncü, “Vest Ham Yunayted” isə 52 xalla yeddinci yerdə qərarlaşıb. Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb: “Brayton” – “Southemton” - 2:2; “Börnli” – “Volverhemton” - 1:0; “Arsenal” – “Mançester Yuneyted” - 3:1; “Lester Siti” – “Aston Villa” - 0:0; “Mançester Siti” – “Votford” - 5:1; “Norviç Siti” – “Nyukasl Yunayted” - 0:3; “Brentford”- “Tottenhem” - 0:0. |
|
Xəbər 314 dəfə oxundu. |
|
|