Şəhriyar Məmmədyarov “Oslo Esports Cup” turnirində üçüncü görüşünü keçirəcək
Aprelin 24-də şahmat üzrə çempionlar turunun “Oslo Esports Cup” mərhələsində üçüncü turun oyunları keçiriləcək.

Nüfuzlu turnirdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov üçüncü qarşılaşmada Kanada təmsilçisi Erik Hansen ilə üz-üzə gələcək.

Qeyd edək ki, birinci turda vyetnamlı Le Quanq Liyemə qalib gələn şahmatçımız ötən turda Hindistan təmsilçisi Rameşbabu Praqnanandhaya uduzub.

Turnirin iştirakçıları hər turda rapid üzrə (15 dəqiqə + 10 saniyə) 4 partiyadan ibarət matçda mübarizə aparırlar. Yarış aprelin 28-dək davam edəcək.

Xəbər 488 dəfə oxundu.