Karateçilərimiz Premyer Liqa turnirində qızıl və bürünc medallar uğrunda mübarizəyə başlayırlar
Portuqaliyada Karate 1 Premyer Liqa turniri davam edir.

Bu gün – yarışın son günündə karateçilərimiz medallar uğrunda mübarizəyə başlayırlar. Belə ki, qadınlar arasında İrina Zaretska (68 kq) qızıl medal görüşünə çıxacaq. Onun rəqibi italiyalı Silvia Semerado olacaq. Daha bir finalçımız Fərid Ağayev (75 kq) həlledici mərhələdə İtaliyanın digər təmsilçisi De Vivo Daniele ilə gücünü sınayacaq.

Komandamızın üzvləri Asiman Qurbanlı (+84 kq) və Tural Ağalarzadə (67 kq) bürünc medal qarşılaşmalarına çıxacaqlar. T.Ağalarzadə üçüncü yer uğrunda yaponiyalı idmançı Nakano Soiçiro, A.Qurbanlı isə Xorvatiya təmsilçisi Andjelo Kvesic ilə üz-üzə gələcəklər.

Karate1 Premyer Liqa turnirində 58 ölkədən 351 idmançı iştirak edir. Azərbaycan komandası mövsümün ikinci turnirində 14 idmançı ilə təmsil olunur.

Xəbər 318 dəfə oxundu.