Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları sona yaxınlaşır
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları sona yaxınlaşır.

Turnirin sonuncu günündə - aprelin 24-də fərdi gimnastlar və qrup hərəkətləri komandaları final mərhələlərində mübarizə aparırlar.

Bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.

Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 567 dəfə oxundu.