“Lokomotiv” klubu supertransferə imza atıb | |
Bu il ölkəmizi Çempionlar Liqasında təmsil edəcək qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu supertransferə imza atıb. Bakı klubu İsrail millisinin üzvü Tatyana Artmenkonu heyətinə qatıb. Ukrayna əsilli 36 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb. O, indiyədək “Makkabi” (Tel-Əviv, 1990-1991), “Hapoel” (Arad, 1991-1993), “Emek Hefer” (hər üçün İsrail, 1993-1995), “Hisamitsu Sprinqs” (Yaponiya, 1995-1997), “Volley Kats” (Almaniya, 1997-1998), “Pallavolo Palermo” (1998-2000), “Kalabriya” (hər ikisi İtaliya, 2000-2001), “Reksona-Ades” (Braziliya, 2001-2003), “Cesi” (İtaliya, 2003-2004), “Fornarina” (2004-2005), “Sassuolo” (2005-2006), “Peruca” (2007-2008), “Urbino” (hamısı İtaliya, 2008-2009) və “Agel” (Çexiya, 2010-2012) klublarının şərəfini qoruyub. Artmenko 2002-ci ildən İsrail yığmasında çıxış edir. İsrailli voleybolçu 2008-ci ildə “Peruca” ilə Çempionlar Liqasının qalibi olub. O, həmçinin İtaliya Super Kubokunu, 2 dəfə Çexiya çempionluğunu və kubokunu qazanıb. |
|
Xəbər 1179 dəfə oxundu. |
|
|