Azərbaycanlı futbolçu Yunanıstan klubunu FIFA-ya şikayət edib
Yunanıstanın ikinci liqasında çıxış edən “Olimpiakos Volos"un azərbaycanlı futbolçusu Turan Manafov komandanın düşərgəsini tərk edib.

Futbolçu Yunanıstan klubuna borcları ödəmək üçün vaxt verib. Amma bu vaxt ərzində də məsələ həll olunmadığına görə T.Manafov icarə müqaviləsini birtərəfli ləğv edib.

Futbolçu artıq Vətənə qayıdıb. O, Volos klubunu FIFA-ya şikayət edib. İyirmi üç yaşlı futbolçu mövsümün sonunadək müqavilə ilə məxsus olduğu “Səbail”də məşq edəcək.

Xəbər 352 dəfə oxundu.