Asiya kuboku: İki cüdoçumuz yarımfinala vəsiqə qazanıb
Özbəkistanın paytaxtı Daşkənddə yeniyetmələr arasında cüdo üzrə Asiya kuboku yarışı davam edir.

Yarışda Azərbaycan komandası da iştirak edir. Turnirin sonuncu yarış günündə qızlar arasında 63, 70, +70, oğlanlar arasında isə 66, 73, 81, 90 və +90 kiloqram çəki dərəcələrində idmançılar medallar uğrunda mübarizə aparırlar. Cüdoçularımızdan Əbil Yusifov (66 kq) və Nahid Tarquliyev (73 kq) yarışda uğurla çıxış edərək yarımfinala vəsiqə qazanıblar.

Turnirdə 6 ölkədən 314 idmançı mübarizə aparır. Komandamızın aktivində hələlik medal yoxdur.

Xəbər 344 dəfə oxundu.