Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların başlama yeri və vaxtı dəqiqləşib | |
Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların başlama yeri və vaxtı dəqiqləşib. Kişi voleybolçular arasında Yüksək Liqada üçüncü dövrənin son qarşılaşmaları aprelin 4-də olacaq. XV turun ilk qarşılaşmasında “Neftçi” “Murov”u sınağa çəkəcək. Görüş saat 15:00-da başlanacaq. Saat 17:00-da “Sərhədçi” – MOİK oyunu başlanacaq. Hər iki görüş “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq. Aprelin 5-də isə qadın voleybolçular arasında Super Liqada IV dövrə oyunlarına start veriləcək. Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək X turun ilk matçı saat 16:00-da “Murov” və “Azərreyl” komandaları arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC - “Abşeron” duelinə start veriləcək. |
|
Xəbər 292 dəfə oxundu. |
|
|