Şahmatçımız Abdulla Qədimbəyli Avropa çempionatında ikinci pilləyə yüksəlib | |
Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı davam edir. Şahmatçılarımızdan Abdulla Qədimbəyli liderlər qrupunda çıxışını davam etdirir. Altı turdan beş xal toplayan təmsilçimiz ikinci yerdə qərarlaşıb. Digər şahmatçılarımızdan Misrətdin İsgəndərov, Qədir Hüseynov, Eltac Səfərli, Vasif Durarbəylini (4,5 xal) turnir cədvəlinin liderindən cəmi bir xal ayırır. Bu gün qitə çempionatında yeddinci turun oyunları keçiriləcək. İsveçrə sistemi üzrə təşkil olunan yarış 11 turdan ibarətdir. Turnirin ümumi mükafat fondu 100 min avro təşkil edir. Qitə birinciliyinin nəticələrinə əsasən, iyirmi şahmatçı 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanacaq. |
|
Xəbər 314 dəfə oxundu. |
|
|