“Böyük dəbilqə”: Bu gün daha 5 cüdoçumuz mübarizəyə başlayır
Antalyada keçirilən “Böyük dəbilqə” turnirinin ikinci günündə daha 5 cüdoçumuz mübarizəyə başlayır.

Bu gün kişilər arasında Rüstəm Orucov (73 kq) Denislav İvanov (Bolqaristan) - Hektor San Roman Çavez (Kuba) cütünün qalibi, Telman Vəliyev Coşua Qrin (İrlandiya), Elcan Hacıyev (81 kq) Jim Heyjman (Hollandiya), Murad Fətiyev Kedrik Kalonqa (Konqo Demokratik Respublikası) ilə qarşılaşacaqlar. Qadınların yarışında isə Günel Həsənli (70 kq) Lidya Brançeva (Bolqarıstan) ilə gücünü sınayacaq.

Qeyd edək ki, komandamızın aktivində hələlik, medal yoxdur. Ümumi mükafat fondu 154 min avro olan yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunur.

Aprelin 3-də başa çatacaq yarışda 63 ölkədən 500-dən çox cüdoçu mübarizə aparır.

Xəbər 331 dəfə oxundu.