FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov Hikaru Nakamura ilə tay-breykdə görüşəcək
Almaniyanın paytaxtı Berlin şəhərində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin oyunları davam edir.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Hikaru Nakamura (ABŞ) ilə tay-breykdə görüşəcək.

Qeyd edək ki, şahmatçımızın rəqibi ilə bundan əvvəlki hər iki qarşılaşması heç-heçə ilə başa çatıb.

Digər tay-breykdə Uesli So (ABŞ) iranlı Amin Tabatabayi ilə üz-üzə gələcəklər. Qran-Prinin nəticələrinə görə, yarış iştirakçıları reytinq xalları qazanacaqlar.

Turnirə aprelin 4-də yekun vurulacaq.

Xəbər 278 dəfə oxundu.