Azərbaycanın U-21 komandası bu gün belaruslu həmyaşıdları ilə qarşılaşacaq
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “Bakcell Arena”da yoldaşlıq oyunu keçirəcək.

Millimiz Belarus yığması ilə qarşılaşacaq.

Oyunun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək.

Saat 19:00-da başlayacaq qarşılaşma "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər 322 dəfə oxundu.