Hindistan millisinin Bakıda keçiriləcək dünya kuboku yarışları üçün heyəti açıqlanıb | |
Martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək. Mötəbər yarışda 35 ölkədən 151 idmançının iştirakı gözlənilir. Dünya kuboku yarışında iştirak edəcək Hindistan yığma komandasının heyəti açıqlanıb. Yarışda Hindistanı Tapesvaranat Das, Debanq Dey, Abhijeet Kumar, Pranati Nayak, Protistha Samanta və Şraddha Talekar təmsil edəcəklər. Dörd gün davam edəcək yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri baş tutacaq. Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq. Dünya kuboku yarışlarında ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, paralel qollar, turnik), İvan Tixonov (dəstəkli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər. |
|
Xəbər 322 dəfə oxundu. |
|
|