Azərbaycan və UNESCO arasında gənclər və idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub | |
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Parisdə səfərdədir. Səfər çərçivəsində nazir F.Qayıbov UNESCO-nun mənzil-qərargahında qurumun Baş direktorunun humanitar və sosial elmlər üzrə müavini Qabriela Ramos ilə görüşüb. Görüşdə Azərbaycan və UNESCO arasında gənclər və idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. Tərəflər bu əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar. Bildiriblər ki, gənclər və idman sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki tərəfin marağındadır. UNESCO Baş direktorunun humanitar və sosial elmlər üzrə müavini Qabriela Ramosun dəvəti ilə nazir F.Qayıbov UNESCO-da keçirilən “Gənclər COVID-19-un tədqiqatçıları kimi” adlı yüksək səviyyəli siyasi konfransda iştirak edib. Azərbaycanın gənclər və idman naziri konfrans iştirakçılarına ölkəmizin gənclər siyasəti haqqında məlumat verib. AZƏRTAC |
|
Xəbər 827 dəfə oxundu. |
|
|