Fiqurlu konkisürmə üzrə dünya çempionatında iştirak edən təmsilçilərimiz çıxışlarını başa vurublar | |
Fiqurlu konkisürmə üzrə dünya çempionatında mübarizə aparan atletimiz Vladimir Litvintsev sərbəst proqram üzrə sonuncu çıxışını edib. Azərbaycan Qış İdman Növləri Federasiyasından AZƏRTAC-a bildiriblər ki, təmsilçimiz çıxışının nəticəsinə əsasən 233,62 xal toplayaraq, öz qrupunda 26-cı yerdə qərarlaşıb. Bundan öncəki qısa proqramda isə atletimiz 13-cü yerə sahib olmuşdu. Martın 21-də start götürən dünya çempionatında Azərbaycan 4 idmançı- Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovski ilə təmsil olunub. Yekaterina Ryabova ilk qısa proqramda 9-cu yeri tutub. O, sərbəst proqramda 10-cu yerə yüksəlsə də, ümumi xallarının nəticəsinə görə 9-cu yerdə qərarlaşıb. Digər təmsilçilərimiz Aleksandr Kolosovski və Yekaterina Kuznetsova isə müvafiq xalları toplaya bilmədikləri üçün mərhələni keçə bilməyiblər. Fiqurlu konkisürmə üzrə dünya çempionatına martın 27-də yekun vurulacaq. |
|
Xəbər 257 dəfə oxundu. |
|
|