Stolüstü tennis üzrə gənclər və yeniyetmələr arasında keçirilən Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib | |
"Şüa" İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə gənclər və yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçirilib. Maraqlı mübarizə şəraitində keçən yarışda 2004 -2006, 2007-ci il təvəllüdlü və daha azyaşlı oğlan və qızlar arasında qaliblər müəyyənləşib. Belə ki, 2004-2006-cı il təvəllüdlü idmançıların yarışında qızlar arasında Xədicə Əbilzadə, oğlanların mübarizəsində Emin Məmmədov qalib olublar. Banu Baytallı 2007-ci il təvəllüdlü və daha az yaşlı qızlar, Rüstəm Hacılı isə eyni yaş qrupunda oğlanların turnirində birinci yeri tutublar. Mükafatçılar diplom və medallarla təltif olunublar. |
|
Xəbər 388 dəfə oxundu. |
|
|