Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub | |
Martın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub. Turun sonuncu oyununda "Zirə" klubu "Qarabağ"ı qəbul edib. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin ilk qolunu 10-cu dəqiqədə Ramil Şeydayev vurub. Matçın 47-ci dəqiqəsində Kadi Borges ikinci dəfə meydan sahiblərini məyus edib. "Zirə"nin qapıçısı Mehdi Cənnətov penaltini dəf etsə də, 26 yaşlı braziliyalı yarımmüdafiəçi qayıdan topu qapıdan keçirib. Borges 64-cü dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. Bu nəticədən sonra xallarının sayını 46-ya çatdıran "Qarabağ" liderliyini daha da möhkəmləndirib. "Qartallar" isə 35 xalla üçüncü sıradadır. Qeyd edək ki, günün ilk matçında "Sabah" evdə "Səbail"i minimal hesabla yenib - 1:0. Turun ilk oyun günündə "Keşlə" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib, "Neftçi" isə "Qəbələ"yə qalib gəlib - 4:0. |
|
Xəbər 328 dəfə oxundu. |
|
|