«Çempionluq istəyirsə, komandadan ayrılmalı» | |
İsveçli mütəxəssis Sven Qoran Erikssondan Stiven Cerrarda maraqlı bir nəsihət gəlib. Erikssonun fikrincə, «Liverpul»un rəmzi olan Cerrard liqa çempionluğu yaşamaq istəyirsə, komandadan ayrılmalıdır. Bir ildir hər hansı bir komandada işləməyən və boş qalan isveçli məşqçi «Liverpul»da 1998-ci ildən bəri top qovan Cerrard üçün çıxış yolunu yalnız bunda görüb. İdman.com.az saytının məlumatına görə, «qırmızılar»ın neçə illərdir kapitanlıq sarğısını daşıyan və komanda ilə Çempionlar Liqası, Avropa Liqası, İngiltərə Kuboku və Superkubok zirvələrinə çatan futbolçu, buna baxmayaraq, Premyer Liqa çempionluğu yaşaya bilməyib. Cerrardın çempionluq həsrəti haqqında danışan Eriksson, eyni zamanda, klubda ondan savayı yalnız Reyna və Suaresin ən yüksək səviyyəli oyunçular olduğunu dilə gətirib. Keçən mövsümdə Premyer Liqanı 8-ci sırada tamamlayan «Liverpul», ən son ölkə çempionluğunu 1989-90-cı illər mövsümündə yaşamışdı. |
|
Xəbər 1143 dəfə oxundu. |
|
|