“Abşeron” voleybol klubu “Bahar kuboku” yarışının qalibi olub | |
Martın 18-də qadın voleybolçular arasında “Bahar kuboku” yarışına yekun vurulub. Üçüncü yer uğrunda oyunda “Azərreyl” və UNEC komandaları üz-üzə gəliblər. Meydandan 3:0 (25:20, 25:14, 25:16) hesablı qələbə ilə ayrılan “Azerreyl” bürünc medallara sahib çıxıb. Final matçında isə “Abşeron” və “Murov” kollektivləri münasibətlərinə aydınlıq gətiriblər. Rəqibini 3:0 (25:23, 25:18, 25:18) hesabı ilə məğlub edən “Abşeron” “Bahar kuboku” yarışının qalibi olub. Qeyd edək ki, turnirin bütün oyunları Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub. |
|
Xəbər 287 dəfə oxundu. |
|
|