Fərid Qayıbov: Prezident İlham Əliyevin diqqət və qayğısı idmançılar üçün böyük stimuldur
Bu gün Gənclər və İdman Nazirliyinin yeni loqosu təqdim edildi. Düşünürəm ki, müasir tələblərə uyğun hazırlanan yeni loqo nazirliyi, idmançılarımızı, gənclərimizi daha yaxşı tanıtdıracaq.

Bu sözləri gənclər və idman naziri Fərid Qayıbov yeni loqonun təqdimatı mərasimində jurnalistlərə müsahibəsində deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa çempionatının qalibi olan 23 yaşadək güləşçilərimizi qəbul etməsini idmançılarımız üçün böyük stimul olduğunu vurğulayan F.Qayıbov deyib: “Gənc sərbəst güləşçilərimiz 23 yaşadək idmançılar arasında Avropa çempionatında komanda hesabında ilk dəfə qalib olub. Prezident İlham Əliyevin idmançıları qəbul edərkən həm gənclər, həm də idmançılarımız üçün ciddi mesajlar verdi. Artıq qalib xalqıq və idmançılarımız qalib xalqın təmsilçiləridirlər. Bütün idmançılarımız ali yüksək və qayğını dünən bir daha hiss etdilər. Azərbaycanda hər zaman dövlət tərəfindən Olimpiya Oyunlarından, dünya, Avropa çempionatlarından sonra bu qayğı olub. Dövlətimizin başçısının diqqət və qayğısı idmançılar üçün böyük stimuldur. Əminəm ki, onlar gələcəkdə də yeni-yeni qələbələr qazanacaqlar”.

Xəbər 533 dəfə oxundu.