Gənclər və İdman Nazirliyinin yeni loqosu təqdim edilib
Martın 18-də Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yeni loqosunun təqdimatı olub.

Təqdimat mərasimində çıxış edən nazir Fərid Qayıbov yeni loqonun 100-dək variant arasından seçildiyini vurğulayıb.

Yeni loqonu təqdim edən “Paradox” şirkətinin dizayn rəhbəri Şamil Ramazanov nazirliyin 20 ildir istifadə edilən əvvəlki loqosunun müasir dövrün tələblərinə uyğun olaraq yenilənməsinə ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Hər bir ölkənin Alfa-3 sertifikatlı qəbul edilmiş qısa adı var. Beynəlxalq yarışlarda Azərbaycanın qısadılmış adı AZE olaraq göstərilir. İdmançılarımızın geyimləri üzərində AZE yazılır, yarışlar zamanı Azərbaycan adı AZE kimi ifadə olunur, tanınır. TV ekranlarında, yarış meydanlarında, tablolarda da belə yazılır.

Fon olaraq seçilmiş yaşıl rəng isə gənc nəslə, idmançılara xas aktivlik və enerji rəmzi olaraq ifadə olunub.

Loqo müasir dövrün dizayn tendensiyalarına uyğun və minimalist yanaşma ilə hazırlanıb.

Xəbər 600 dəfə oxundu.