Latviya millisinin Azərbaycan yığması ilə yoxlama oyunu üçün heyəti açıqlanıb | |
Futbol üzrə Latviya millisinin Küveyt və Azərbaycan yığmalarına qarşı keçirəcəyi yoxlama oyunları üçün heyəti açıqlanıb. Baş məşqçi Daynis Kazakeviç 24 futbolçuya dəvət göndərib. Heyətə qapıçılar - avel Steinbor – (“Yagelloniya", Polşa), Robert Özol (“Riqa”), Rixard Matreviç (“Valmiera”), müdafiəçilər - Antoni Çernomordı (“Riqa”), Mark Oş (“Spartak”, Yurmala), Kaspar Dubra (RFS), İqor Tarasov (“Ethnikos”, Kipr), Robert Savavnyek (“Liepaya”), Emil Birka (“Valmiera”), Vladislav Sorokin (RFS), Daniel Balodis (“Valmieras”), yarımmüdafiəçilər - Eduard Emsis – (“Laxti”, Finlandiya), Andrey Tsıqanik (“Dunayska Streda”, Slovakiya), Kriş Karklin (“Liepaya”), Alvis Jaunzem (“Valmiera”), Vladimir Kamış (“Riqa”), Renar Varslavan (RFS), Martinz Kiqur (“Liepaya”), Aleksey Savelyev (“Auda”), Krister Tober (“Lexiya”, Polşa), Daniel Ontuzan (“Frayburq II”, Almaniya), Yanis İkaunyek (“Kuopio Palloseura”, Finlandiya), hücumçular - Vladislav Qutkovski (“Rakuv”, Polşa) və Raymond Krollis (“Valmiera”) dəvət olunublar. Latviya yığması martın 25-də Küveytlə, martın 29-da isə Azərbaycan seçməsi ilə üz-üzə gələcək. Hər iki matç Maltada keçiriləcək. |
|
Xəbər 299 dəfə oxundu. |
|
|