“Neftçi” Avroliqada ilk matçını səfərdə keçiricək | |
“Neftçi” Avropa Liqasının qrup mərhələsində debüt matçına səfərdə çıxacaq. İdman.com.az saytının məlumatına görə, bu təşəbbüslə klub rəhbərliyi çıxış edib. “Ağ-qaralar” birinci matçını Bakıda keçirmək istəməməsinin səbəbi sentyabrın 20-də paytaxtımızda 17 yaşadək qızlar arasında dünya çempionatının oyunlarının olmasıdır. Çünki mundialın baş tutacağı arenalardan biri - “Neftçi”nin də ev matçlarını təşkil edəcəyi Tofiq Bəhrəmov adına Respublika stadionudur. Qeyd edək ki, “Neftçi” “H” qrupunda “İnter” (İtaliya), “Partizan” (Serbiya) və “Rubin” (Rusiya) ilə mübarizə aparacaq. 20 sentyabr. «Partizan» - «Neftçi» 4 oktyabr. «Neftçi» - «İnter» 25 oktyabr. «Rubin» – «Neftçi» 8 noyabr. «Neftçi» - «Rubin» 22 noyabr. «Neftçi» - «Partizan» 6 dekabr. «İnter» - «Neftçi» |
|
Xəbər 1210 dəfə oxundu. |
|
|