Balakəndə Olimpiya dövrü üçün qaydalarda tətbiq edilən dəyişikliklərlə bağlı məşqçilər üçün seminar təşkil olunub | |
Balakəndə Beynəlxalq Cüdo Federasiyasının (IJF) növbəti Olimpiya dövrü üçün qaydalarda tətbiq etdiyi dəyişikliklərlə bağlı məşqçilər üçün seminar təşkil olunub. Hakimlər üzrə menecer Mətin Rəhimli tərəfindən keçirilən seminarda cüdo qaydalarında edilən 12 müddəadan ibarət dəyişikliklərlə bağlı geniş məlumat verilib. Həmçinin seminar iştirakçılarını maraqlandıran suallar M. Rəhimli tərəfindən cavablandırılıb. Bununla yanaşı, biliklərin təkmilləşdirilməsi məqsədi ilə müzakirələr aparılıb. Federasiya tərəfindən yeni tətbiq edilən qaydalara dair digər rayon və şəhərlərdə də seminarların keçirilməsi planlaşdırılır. Qeyd edək ki, sabah – martın 12-də Balakən Olimpiya İdman Kompleksində yeniyetmələr (U-15) arasında cüdo üzrə bölgə birinciliyi keçiriləcək. Yarış saat 11:00-da start götürəcək. |
|
Xəbər 323 dəfə oxundu. |
|
|